DGK xarici ticarətin vəziyyətinə dair yanlış statistika ilə bağlı açıqlama yayıb

DGK xarici ticarətin vəziyyətinə dair yanlış statistika ilə bağlı açıqlama yayıb
# 01 oktyabr 2015 12:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dövlət Gömrük Komitəsi (DGK) son zamanlar bir sıra kütləvi informasiya vasitələrində Azərbaycanın xarici ticarətinin vəziyyəti ilə bağlı yanlış statistik məlumatların dərc edilməsi ilə bağlı açıqlama yayıb.

"APA-Economics"in məlumatına görə, açıqlamada bildirilir: "Son zamanlar bir sıra kütləvi informasiya vasitələri ölkəmizin xarici ticarətinin vəziyyəti ilə bağlı yanlış statistik məlumatlar dərc edir, qeyri-dəqiq və həqiqətə uyğun olmayan informasiyalar ictimaiyyətin diqqətinə çatdırılır. Bu cür məlumatların dəqiqləşdirilmədən informasiya portallarında yerləşdirilməsi və bunun, guya statistik məlumatların Dövlət Gömrük Komitəsi tərəfindən vaxtında ictimaiyyətə çatdırılmaması kimi xarakterizə edilməsi qətiyyən həqiqətə uyğun deyil. Dövlət Gömrük Komitəsi bildirir ki, xarici ticarətin vəziyyəti haqqında arayış hər ay mütəmadi olaraq komitənin rəsmi orqanı olan “Gömrük xəbərləri” qəzetində dərc edilir və qurumun rəsmi internet saytında (www.customs.gov.az) yerləşdirilir. Kütləvi informasiya vasitələrinə bir daha tövsiyyə edilir ki, statistik informasiyaları hazırlayarkən “Gömrük xəbərləri” qəzetindən və rəsmi internet saytından istifadə etsinlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR