Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 4 İyun - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 4 İyun - <span style="color: red;">VİDEO
# 04 iyun 2015 17:11 (UTC +04:00)

Yaxın Şərqdə gündəm bütünlüklə İranın nüvə proqramına dair “altılıq”la imzalanacaq sazişə köklənib. OPEK-in kartel üzvü olmayan ölkələri neft bazarında sıxışdırması, Səudiyyə Ərəbistanının təhriki ilə neftin ucuzlaşdırılması, yaxud Əsəd qüvvələrinin qəfildən aktiv əməliyyatlara başlaması bu sazişlə birbaşa, ya dolayı olaraq əlaqəlidir. Qərbdə olduğu kimi, Yaxın Şərqdə də İranla bu sazişin imzalanmasını dəstəkləyən, və ya buna qarşı çıxan qüvvələr var. Sazişə dəstək verənlər bu addımdan sonra ABŞ-ın Yaxın Şərq siyasətinin daha liberal xarakter daşıyacağını düşünürlər. Onlar hesab edir ki, İranın oyuna əvvəlki gücü daxil olması Yaxın Şərqdə qüvvələr balansını tarazlamış olacaq, hərbi qarşıdurmaların yerini çəkingənlik siyasəti alacaq. Sazişə qarşı çıxanların arqumenti daha obyektivdir, onlar sazişdən sonra İranın və “şiə qurşağı”nın güclənəcəyini əsas gətirir və Yaxın Şərqdə əvvəlki təsir imkanlarını itirəcəklərini nəzərə alırlar. Hər iki tərəfin fikirlərinin ortaq olduğu nöqtə budur - saziş İranın Yaxın Şərqdə təsir imkanlarını artıracaq və siyasi güc xəritəsi dəyişəcək. Birləşmiş Ştatlara ünvanlanan narazılığın mahiyyəti də budur. Prosesləri kənar gözlə dəyərləndirdikdə hər kəs haqlıdır, amma dilə gətirilməyən bir məqam var - Yaxın Şərqdə qüvvələr balansının köklü şəkildə dəyişməsində ən maraqlı tərəf elə Birləşmiş Ştatlar özüdür...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR