Fələstinli nazir Ziyad Əbu Aynın ölüm səbəblərinin araşdırılması üçün BMT-də komissiya yaradılması tələb olunacaq

Fələstinli nazir Ziyad Əbu Aynın ölüm səbəblərinin araşdırılması üçün BMT-də komissiya yaradılması tələb olunacaq
# 15 dekabr 2014 11:11 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. İsrail əsgərləri ilə qarşıdurma zamanı ölən fələstinli nazir Ziyad Əbu Aynın ölüm səbəblərinin araşdırılması üçün BMT-də komissiya yaradılması tələb olunacaq.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Fələstin prezidenti Mahmud Abbas deyib.

Onun sözlərinə görə, Əbu Aynın ölümü ilə bağlı Ramallahda təşkil olunan toplantıda BMT-də xüsusi komissiya yaradılması ilə yanaşı, bir sıra məsələlər müzakirə olunacaq.

M. Abbas qeyd edib ki, iclasda Fələstin təşkilatları arasında koordinasiya məsələləri, Qəzzanın bərpası, dinc xalq müqaviməti, beynəlxalq sazişlərə riayət edilməsi, eləcə də Fələstin-İsrail münasibətlərinin müəyyən olunması kimi məsələlər gündəmə gətiriləcək.

Fələstində nazir statusu daşıyan Z. Əbu Ayn Yəhudi Yerləşmələri və Ayırma Divarına qarşı Mübarizə Komissiyasının sədri olub. O, dekabrın 10-da Ramallahın şimalındakı Turmusayye bölgəsində fələstinli etirazçılarla İsrail əsgərləri arasında baş vermiş qarşıdurma zamanı dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR