Azərbaycan Dövlət Neft Şirkətində İsveçrənin iqtisadiyyat, təhsil və tədqiqat naziri ilə görüş keçirilib

Azərbaycan Dövlət Neft Şirkətində İsveçrənin iqtisadiyyat, təhsil və tədqiqat naziri ilə görüş keçirilib
# 13 aprel 2013 09:01 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətində İsveçrənin iqtisadiyyat, təhsil və tədqiqat naziri Yohan Şneyder Ammanın (Yohann Schneyder Ammann) rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, ARDNŞ-in Marketinq və iqtisadi əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə və Sərmayələr İdarəsinin rəis müavini Zaur Qəhrəmanov son illərdə Azərbaycanla İsveçrə arasında yaranmış sıx əlaqələrdən danışıblar.

Qeyd olunub ki, iki ölkə arasında əlaqələrin inkişafında enerji məsələləri əhəmiyyətli yer tutur. ARDNŞ rəsmiləri İsveçrədə həyata keçirilən layihələrin əhəmiyyətindən söz açıb və qarşıdakı illərdə ARDNŞ-in bu ölkə ilə əməkdaşlığın daha da genişlənəcəyini bildiriblər.

Daha sonra tərəflər onları maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR