Prezident İlham Əliyev Simonetta Sommaruqanı İsveçrə prezidenti seçilməsi münasibəti ilə təbrik edib

Prezident İlham Əliyev Simonetta Sommaruqanı İsveçrə prezidenti seçilməsi münasibəti ilə təbrik edib
# 16 dekabr 2014 15:28 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Simonetta Sommaruqanı İsveçrə Konfederasiyasının prezidenti vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli xanım Sommaruqa, İsveçrə Konfederasiyasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Azərbaycan-İsveçrə münasibətləri bu gün dinamik inkişaf yolundadır. Ümidvaram ki, dost ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi, əməkdaşlığımızın bütün sahələrdə dərinləşməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR