Kür çayında suyun səviyyəsində azalma müşahidə olunub

Kür çayında suyun səviyyəsində azalma müşahidə olunub
# 13 oktyabr 2014 10:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-130, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-40 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, oktyabrın 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda məntəqədə su sərfi 182 m3/s olmaqla ongünlük normanın 108 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm 123 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 44 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 108 m3/s olmaqla, ongünlük normanın 101 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici 135 m3/s təşkil edərək ongünlük normanın 126 faizinə bərabər olub.


Oktyabrın 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində 6 sm azalma, Şirvanda 4 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.


Hazırda Surra məntəqəsində suyun səviyyəsi 326 sm, Şirvanda 203 sm, Salyanda 150 sm, Bankədə 175 sm, Araz çayının Novruzlu məntəqəsində isə 42 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR