ANAMA-nın 5 minaaxtaran itinə təlim keçilib

ANAMA-nın 5 minaaxtaran itinə təlim keçilib
# 16 aprel 2013 13:33 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Bosniya və Herseqovinada yerləşən Minaaxtaran İtlər Mərkəzi (MDD) ABŞ-ın “Marşall İrsi” İnstitutu (Marshall Legacy Institute) və Sloveniyanın İTF təşkilatının dəstəyi ilə Azərbaycan Ərazilərinin Minadan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) üçün 5 minaaxtaran itə təlim keçirib.

APA-nın MDD-nin saytına istinadən məlumatına görə, təlim MDD mərkəzi tərəfindən aparılıb və uğurla nəticələnib. Aprelin sonunda itlər ANAMA-ya veriləcək və Azərbaycanda əməliyyatlara cəlb olunacaqlar.

Bu günə kimi MDD tərəfindən ANAMA üçün ümumilikdə 29 itə təlimlər keçirilib. İtlərin alınması və təlimi üçün vəsaitlər MLİ və İTF tərəfindən ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR