Azərbaycanda ilin əvvəlindən qazlaşdırılan çoxmərtəbəli binaların sayı açıqlanıb

Azərbaycanda ilin əvvəlindən qazlaşdırılan çoxmərtəbəli binaların sayı açıqlanıb
# 09 oktyabr 2014 12:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, görülmüş işlərin nəticəsidir ki, birlik bu ilin yanvar-sentyabr ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 130 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

Qeyd edək ki, təbii qazla təmin olunmuş bu binalarda ümumilikdə 11 306 ailə yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR