"Bank VTB (Azərbaycan)"da FATCA-dan irəli gələn tələblərin icra edilməsi mövzusunda seminar keçirilib

"Bank VTB (Azərbaycan)"da FATCA-dan irəli gələn tələblərin icra edilməsi mövzusunda seminar keçirilib
# 12 iyun 2015 09:46 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Bank VTB (Azərbaycan)”ın treninq-mərkəzində Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktından (FATCA) irəli gələn tələblərin icra edilməsi mövzusunda seminar keçirilib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, seminar Komplaens və Çirkli pulların yuyulması və terrorizmin maliyyələşməsi ilə mübarizə (ÇPY/TM) şobələri tərəfindən təşkil edilib. Seminar çərçivəsində korrupsiya ilə mübarizə siyasəti, maraqların münaqişəsinin həlli barədə qaydalar kimi mövzulara toxunulub.

“Komplaens mədəniyyətinə riayət etmək bankın fəaliyyətinin tərkib hissəsidir. Hazırda əməkdaşlarımız qarşısında duran əsas məsələ bütün müştərilər tərəfindən ÇPY/TM və FATCA üzrə sual kitabçalarının tam şəkildə doldurulmasında əmin olmaqdır ki, heç bir sual cavabsız qalmasın. Seminar komplaens sahəsində bir sıra vacib məsələlərə aydınlıq gətirməyə, nöqsanların aradan qaldırılması haqda FATCA və ÇPY/TM məsələləri üzrə tənzimləyici olan AR Vergilər Nazirliyinin və Mərkəzi Bank yanında Maliyyə Monitorinq xidmətinin tövsiyələrini təhlil etməyə imkan verib“ - deyə, bank “VTB (Azərbaycan)”ın Komplaens şöbəsinin rəisi Cəmilə Abdullayeva bildirib.

Qeyd edək ki, Seminarda FATCA və ÇPY/TM üzrə 17 məsul əməkdaş iştirak edib ki, onlar arasında Gəncə, Sumqayıt və Xırdalan filiallarının işçiləri də olub.

Xatırladaq ki, “Bank VTB (Azərbaycan)” ASC “VTB Bank” ASC-nin törəmə bankıdır. “Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarları: “VTB Bank” ASC və “AtaHolding” ASC-dir. “Bank VTB (Azərbaycan)” ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR