Bakıda yaşayış binasında baş verən yanğında ölənlərin sayı 16 nəfərə çatıb, 50 nəfər xəsarət alıb - YENİLƏNİB-4 - VİDEO

Bakıda yaşayış binasında baş verən yanğında ölənlərin sayı 16 nəfərə çatıb, 50 nəfər xəsarət alıb  - <span style="color: red;">YENİLƏNİB-4  - <span style="color: red;">VİDEO
# 19 may 2015 12:50 (UTC +04:00)

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hadisə nəticəsində 50 nəfər xəsarət alıb, onlardan 34-ü hospitallaşdırılıb. 7 nəfərə tibb müəssisəsində, 10 nəfərə yerində ambulator yardım göstərilib.

***

saat 15.22

Bakı. Könül Kamilqızı - APA. Bakıda yaşayış binasında baş verən yanğında ölənlərin sayı 15 nəfərə yüksəlib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinən rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hadisə nəticəsində 63 nəfər xəsarət alıb.

***

saat 14.37

Bakı. Könül Kamilqızı - APA. Bakıda baş verən binada yanğın nəticəsində ölənlərin sayı 10-a çatıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 43 nəfər xəsarət alıb.

43 nəfərdən 24-ü xəstəxanadadır, 9 nəfərə yerində yardım göstərilib.

***

saat 14.02

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan paytaxtında binada baş verən yanğın nəticəsində ölənlərin sayı 7-yə çatıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hazırda ölənlərin kimliyi dəqiqləşdirilir.


Ölənlərdən biri özünü binadan atıb.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alanların sayı 20-dən çoxdur, onların 17 nəfəri Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 1 nəfər Yanıq Mərkəzinə, 2 nəfər 6 saylı Şəhər Xəstəxanasına, 3 nəfər Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. 6-7 nəfərə yerində yardım edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR