SOCAR qazma işlərini 26% azaldıb

SOCAR qazma işlərini 26% azaldıb
# 03 iyul 2015 14:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin iyun ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9 518 metr qazma işi həyata keçirib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 390 metr və ya 3,9% azdır. Görülmüş işlərin hamısı istismara aid olub.

Ümumiyyətlə, bu ilin yanvar-iyun aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 53 436 metr qazma işi görülüb ki, bu da 2014-cü ilin 6 ayı ilə müqayisədə 18 694 metr və ya 25,9% azdır. Bunun da 52 436 metri istismara, 1 000 metri isə kəşfiyyata aid olub.

Qeyd edək ki, ilin əvvəlindən qazmadan alınmış 35 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR