Xırdalan və Gədəbəydə ev, Lənkəranda fitnes zalda yanğın olub

Xırdalan və Gədəbəydə ev, Lənkəranda fitnes zalda yanğın olub
# 21 mart 2015 07:53 (UTC +04:00)

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gədəbəy rayonunun Slavyanka kəndində də evdə yanğın hadisəsi baş verib. Vətəndaşa məxsus, ümumi sahəsi 100 kv.m olan birmərtəbəli, 3 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Lənkəran şəhərində isə fitnes zalında yanğın olub. Vətəndaşa məxsus, ümumi sahəsi 50 kv.m olan ikimərtəbəli fitnes zalının 2-ci mərtəbəsində zalın yanar konstruksiyaları 25 kv.m sahədə yanıb. Fitnes zalının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR