Azərbaycan klubunun rəqibi müəyyənləşib

Azərbaycan klubunun rəqibi müəyyənləşib
# 25 noyabr 2014 14:50 (UTC +04:00)

Bakı – APA. Avstriyanın paytaxtı Vyanada həndbol üzrə Avropa klub turnirlərinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı turnirlərdə Azərbaycanın yeganə təmsilçisi olan qadın həndbolçulardan ibarət ABU klubunun da növbəti rəqibi müəyyənləşib.

“Çelenc Cup”da 1/16 finalında Serbiya təmsilçisi “Srvena Zvezda”nı mübarizədən kənarlaşdıran (31:29, 23:23) Konstantin Ruvinskinin yetirmələri 1/8 finalda da bu ölkənin təmsilçisi ilə qarşılaşacaq.

Bu dəfə ABU-nun rəqibi “Knyaz Milos” olacaq. Qarşılaşmalar 2015-ci il fevralın 7-8 və 14-15-də keçiriləcək.

Qeyd edək ki, təmsilçimizin rəqibi 1/16 finalda Xorvatiya klubu “Tresnyevka”nı hər iki oyunda məğlub edib – 27:22, 27:25.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR