İraqın Azərbaycandakı səfirliyi: Biz vətəndaşlarımızı, o cümlədən yezidi kürdləri Dağlıq Qarabağ münaqişəsindən və münaqişə bölgəsindən kənarda qalmağa çağırırıq

İraqın Azərbaycandakı səfirliyi: Biz vətəndaşlarımızı, o cümlədən yezidi kürdləri Dağlıq Qarabağ münaqişəsindən və münaqişə bölgəsindən kənarda qalmağa çağırırıq
# 20 avqust 2014 11:11 (UTC +04:00)

Bu barədə APA-nın sorğusuna cavab olaraq İraqın Azərbaycandakı səfirliyindən bildirilib.

Ermənistanın işğalçı qüvvələri tərəfindən yaradılmış separatçı rejimin İraq vətəndaşı olan yezidi kürdləri Dağlıq Qarabağa dəvət etməsi faktına münasibət bildirən səfirlik bəyan edib ki, rəsmi Bağdad Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Azərbaycanın ərazi bütövlüyü dövlətimiz tərəfindən tanınıb və bu barədə BMT-nin qətnamələri də var. Beynəlxalq hüquqa görə, biz başqa dövlətin ərazi bütövlüyünə hörmət göstərməliyik. Rəsmi Bakının icazəsi olmadan Azərbaycan ərazilərinə edilmiş hər hansı səfər və ya digər münasibətlər qanunsuzdur. Biz vətəndaşlarımızı, o cümlədən yezidi kürdləri bu münaqişədən və münaqişə bölgəsindən kənarda qalmağa çağırırıq”.

Səfirlikdən əlavə ediblər ki, hazırda İraqın şimalında vəziyyət yaxşılaşmaqdadır və ABŞ-ın dəstəyi ilə “İslam Dövləti” qruplaşmasının dəstələri dinc əhalinin yaşadığı məntəqələrdən sıxışdırılıb çıxarılır: “Müxtəlif ölkələrdən sığınacaq vəd edilə bilər, amma vəziyyət yaxşılaşmağa doğru gedir və tezliklə İraq vətəndaşlarının təhlükəsizliyi bərpa olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR