Məhkuma kartofun içində heroin keçirilməsinin qarşısı alınıb - FOTO

Məhkuma kartofun içində heroin keçirilməsinin qarşısı alınıb - <span style="color: red;">FOTO
# 10 avqust 2014 12:03 (UTC +04:00)

Bakı – APA. 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkuma heroin keçirilməsi cəhdi olub.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xidmətin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-baxış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsinə əsasən azadlıqdan məhrum edilmiş, 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Şükürov Rəvan Etibar oğlunun yanına qısa müddətli görüşə gəlmiş qardaşı Şükürov Elnur Etibar oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman kartofun içərisində xüsusi üsulla gizlədilmiş, 5 ədəd sellofana bükülü, ümumi çəkisi 1,863 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR