DİN Yasamal rayonunda baş verən yanğınla bağlı məlumat yayıb

DİN Yasamal rayonunda baş verən yanğınla bağlı məlumat yayıb
# 28 aprel 2015 09:45 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Daxili İşlər Nazirliyi (DİN) Yasamal rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, aprelin 28-də saat 01.00 radələrində Yasamal rayonunun Şərifzadə küçəsindəki çay evində yanğın baş verib. Alov “Saf Su” doldurma məntəqəsinə keçib. Məlumatda bildirilir ki, yaxınlıqda yerləşən avtoyuma məntəqəsində işləyənlərdən Qax rayon sakini Şöhrət Xanbabayev yanğını söndürmək məqsədi ilə sındırdığı pəncərə şüşəsi ayağına düşüb və xəsarət alıb. O, qanaxmadan ölüb, həmyerlisi Kamandar Allahquluzadə isə tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Yanğın nəticəsində 255 kv. m sahədə dam örtüyü yanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR