Ali Məhkəmədə rusca-azərbaycanca izahlı hüquq lüğətinin təqdimat mərasimi keçirilib - FOTOSESSİYA

Ali Məhkəmədə rusca-azərbaycanca izahlı hüquq lüğətinin təqdimat mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 18 mart 2015 14:28 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Ali Məhkəmədə rusca-azərbaycanca izahlı hüquq lüğətinin təqdimatı olub.

APA-nın məlumatına görə, Ali Məhkəmənin təşəbbüsü ilə hazırlanan lüğətin müəllifləri Ali Məhkəmənin sədri Ramiz Rzayev, Bakı Slavyan Universitetinin professoru, filologiya elmlər doktoru, Rafiq Novruzov və Ali Məhkəmənin məsul işçisi Könül Əliyevadır.

Təqdimat mərasimini giriş sözü ilə açan Ali Məhkəmənin sədri Ramiz Rzayev qeyd edib ki, Azərbaycanca izahlı hüquq lüğəti müasir qanunvericiliyin, həmçinin beynəlxalq hüququn bütün sahələrini özündə əhatə edən 33 mindən artıq söz və söz birləşməsini özündə əks etdirir. Hüququn müxtəlif sahələrini (mülki, cinayət, hərbi, beynəlxalq, mühasibat, bank və s.) əhatə edən lüğət həmçinin tibbə, iqtisadiyyata, maliyyəyə, müqavilə təcrübəsinə, birja, sığorta, xarici ticarət və hərbi fəaliyyətə aid termin və anlayışları özündə birləşdirir.

Kitabın müəlliflərindən biri, filologiya elmlər doktoru Rafiq Novruzov vurğulayıb ki, ilk belə lüğət 1961-ci ildə hazırlanıb və müstəqillik əldə etdikdən sonra ölkəmizin hüquq sistemində edilən dəyişikliklər yeni nəşrlərin meydana gəlməsinə təkan verib.

Yeni nəşr həm məhkəmə işçilərinin, həm də biznesin müxtəlif sahələri, hüquq sistemləri, təşkilatları ilə əlaqələr quran müasir istifadəçilərin tələblərinə uyğun, həmçinin sorğuların, məktubların, ərizə və bank sənədlərinin hazırlanması ilə bağlı yaranan sualların həll olunması məqsədi ilə tərtib edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR