Salyanda su kollektoruna düşən əlil xəstəxanada ölüb - YENİLƏNİB

Salyanda su kollektoruna düşən əlil xəstəxanada ölüb - <span style="color: red;">YENİLƏNİB
# 28 sentyabr 2015 09:37 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı - APA. Salyan rayonunda su kollektoruna düşən şəxs dünyasını dəyişib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, 1980-ci il təvəllüdlü 2-ci qrup əlil Bəhruz Əsədov Salyan Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində ölüb.

Qeyd edək ki, B. Əsədov bu gün səhər saatlarında rayonun Qızılağac kəndində su kollektoruna yıxılıb. B.Əsədovun boğulduğunu görən ətrafdakı şəxslər onu xilas ediblər.

***

11.08

Salyan. Əlibəy Zeynallı - APA. Salyan rayonunda 35 yaşlı kişi su kollektoruna düşüb.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Qızılağac kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1980-ci il təvəllüdlü 2-ci qrup əlil Bəhruz Əsədov su kollektorunun yanından keçərkən yıxılaraq suya düşüb. B.Əsədovun boğulduğunu görən ətrafdakı şəxslər onu xilas ediblər. Daha sonra B. Əsədov Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırıb, reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR