Dünyanın ən məşhur şəhəri seçilib

Dünyanın ən məşhur şəhəri seçilib
# 04 iyun 2015 01:55 (UTC +04:00)

APA-nın “The İndependent”-ə istinadən verdiyi məlumata görə, bu barədə MasterCard şirkətinin qlobal turizmə həsr olunun illik tədqiqatında bildirilir.

Bu il Londona 19 milyona yaxın turistin səfər edəcəyi gözlənilir. “Çox məmnunam ki, London belə nüfuzlu titul qazanıb. Beləliklə, biz turizm sahəsində növbəti rekorda imza ataraq yeni zəfərimizi qeyd edirik”, Londonun meri Boris Conson tədqiqatın nəticələrini qiymətləndirərkən deyib.

Qeyd edək ki, İstanbul şəhəri dünyanın 10 ən məşhur şəhəri siyahısında 5-ci olub:

London
Banqkok
Paris
Dubay
İstanbul
Nyu-York
Sinqapur
Kuala-Lumpur
Seul
Honkonq

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR