Bakıda piyada keçidinin uçması faktı ilə bağlı saxlanılan şəxsin həbs müddəti uzadılıb 

Bakıda piyada keçidinin uçması faktı ilə bağlı saxlanılan şəxsin həbs müddəti uzadılıb 
# 25 iyul 2014 14:08 (UTC +04:00)

Vəkil Anar Qasımlının APA-ya verdiyi məlumata görə, iş üzrə təqsirləndirilən “MAZ” markalı yük qaldırıcı kranın sürücüsü, Şabran şəhər sakini Tofiq Baba oğlu Balabəyovun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbirinin müddəti bir ay uzadılıb. Bundan əvvəl iyunun 3-də T. Balabəyov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, iyunun 3-də saat 18.40 radələrində Bakı-Salyan yolu-32 ünvanında Şabran şəhər sakini Tofiq Baba oğlu Balabəyovun idarə etdiyi “MAZ” markalı yük qaldırıcı kran piyada keçidini dağıdıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb.

Baş verən qəza zamanı əks istiqamətdə hərəkətdə olan yük avtomobilinin sürücüsü Bakı şəhər sakini İlkin Həsən oğlu Hüseynov ağır bədən xəsarətləri alaraq Klinik Tibbi Mərkəzə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR