Ümid Partiyası və ADP yeni seçki bloku yaradacaq

Ümid Partiyası və ADP yeni seçki bloku yaradacaq
# 14 avqust 2015 09:11 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Ümid Partiyası Azərbaycan Demokrat Partiyası (ADP) ilə birlikdə parlament seçkiləri ilə əlaqədar yeni seçki bloku yaratmaq məqsədilə danışıqlara başlayıb.

Bu barədə APA-ya ADP sədri Sərdar Cəlaloğlu məlumat verib. O bildirib ki, seçki blokunda yalnız Ümid və ADP təmsil olunacaq: “125-lər siyasi klubunun parlament seçkiləri ilə bağlı açıqladığı siyahı ilkin siyahıdır. Ancaq Ümid Partiyası ilə birlikdə yeni blok yaratdıqdan sonra, bu siyahıya yenidən baxılacaq və buradakı adlar yeni seçki blokunun siyahısına köçürüləcək. Artıq dünən İqbal Ağazadə ilə namizədlərin siyahılarının tərtib edilməsi ilə bağlı razılıq əldə etmişik. Bu gün yenidən görüşüb bu məsələni müzakirə edəcəyik”.

S. Cəlaloğlu bir müddət əvvəl blokda 3 partiyanın təmsil olunacağı haqqında dediyi fikirlərə də aydınlıq gətirib: “3-cü partiyanın şərtlərini qəbul etmədik. Daha doğrusu, prinsipial razılıq əldə edilmədi. Buna görə də yeni blokda Ümid Partiyası ilə birlikdə təmsil olunacağıq”.

O, “Qarabağ” blokunun seçki blokuna çevriləcəyini də istisna etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR