Pakistan prezidentinin səfəri ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti daha iki gün məhdudlaşdırılacaq

Pakistan prezidentinin səfəri ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti daha iki gün məhdudlaşdırılacaq
# 12 mart 2015 08:13 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Pakistan prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edilir.


Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsindən (BŞBPİ DYPİ) APA-ya verilən məlumata görə, sabah parlament və Hüseyn Cavid prospektlərində, Niyazi, İstiqlaliyyət, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində nəqliyyatın hərəkəti fasilələrlə məhdudlaşdırılacaq.

Martın 14-də isə yuxarıda adları sadalanan küçə və prospektlərlə yanaşı, Tbilisi və Moskva prospektlərində nəqliyyatın hərəkəti fasilələrlə dayandırılacaq.

BŞBPİ DYPİ sürücülərə göstərilən istiqamətlərdə nəqliyyat vasitələrindən az istifadə etməyi tövsiyə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR