Bakı. Şəhriyar Əlizadə - APA. Ağsu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 4-də saat 22 radələrində Ağsu rayonunun Kəlağaylı kəndində Pirhəsənli kənd sakini Razi Kərimov idarə etdiyi “VAZ-21074” markalı avtomobili qarşıda gedən rayon sakini Eldar Karmukovun idarə etdiyi traktora vurub. Xəstəxanaya yerləşdirilmiş R.Kərimov və sərnişini Elsevər Əhmədov orada ölüblər.
Faktla bağlı araşdırma aparılır.