Üzeyir Hacıbəyli festivalı çərçivəsində Bakıda xeyriyyə konserti təşkil olunacaq

Üzeyir Hacıbəyli festivalı çərçivəsində Bakıda xeyriyyə konserti təşkil olunacaq
# 24 avqust 2015 12:21 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Avropa Aralıq dənizi Musiqi Akademiyası Bakıda xeyriyyə konserti verəcək və ustad dərsləri keçəcək. Bu barədə APA-ya Vasili Safonov adına Rusiya Şimali Qafqaz Dövlət Akademik Filarmoniyasının baş dirijoru Əyyub Quliyev məlumat verib.

Tədbir Üzeyir Hacıbəylinin 130 illik yubileyi münasibətilə sentyabrın 18-dən 28-dək Bakıda keçiriləcək beynəlxalq musiqi festivalı çərçivəsində təşkil olunacaq. Sentyabrın 22-də Azərbaycan Dövlət Filarmoniyasında konsert olacaq. Konsertdə Ə.Quliyevin rəhbərliyi ilə simfonik əsərlər ifa ediləcək.

Ə. Quliyevin sözlərinə görə, Avropa Aralıq dənizi Musiqi Akademiyası təmsilçilərinin səfəri Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Qeyd edək ki, akademiya münaqişə zonalarda, müharibə gedən regionlarda yaşayan istedadlı musiqiçilərə təmənnasız olaraq ustad dərsləri keçir və onların musiqi fəaliyyətlərinə yaxından kömək edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR