Gürcüstanda aclıq aksiyası keçirən partiya üzvü ölüb

Gürcüstanda aclıq aksiyası keçirən partiya üzvü ölüb
# 13 sentyabr 2016 16:15 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda partiya üzvü aclıqdan ölüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) Bizim Gürcüstan Partiyasının qeydiyyatını ləğv edib. Partiya üzvlərindən Zaza Lazarov partiyanın qeydə alınmamasına etiraz əlaməti olaraq, aclıq aksiyasına başlayıb.

Partiya üzvlərinin verdiyi xəbərə görə, Z. Lazarov aksiyanın ikinci günündə qəfildən ölüb. Onun ölüm səbəbləri araşdırılır.

Hazırda Bizim Gürcüstan və Sənayeçilər partiyalarının nümayəndələri MSK-nın qarşısında toplaşaraq, hər iki qurumun qeydiyyatının bərpasını tələb edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR