QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılmasının 5 illiyi münasibətilə mərasim keçirilib - FOTO

QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılmasının 5 illiyi münasibətilə mərasim keçirilib - <span style="color: red;">FOTO
# 16 aprel 2013 16:47 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə Şuranın 5 illik fəaliyyətini əks etdirən kitabın və filmin təqdimatı olub.

Şura sədri Azay Quliyev bildirib ki, təmsil etdiyi qurum Azərbaycan prezidentinin 13 dekabr 2007-ci il tarixli fərmanı ilə yaradılıb, 2008-ci il aprelin 16-dan Şura üzvlərinin təyin olunması ilə fəaliyyətə başlayıb. Quliyev qeyd edib ki, ötən 5 il ərzində Şura Azərbaycan cəmiyyəti, hökuməti və QHT-ləri qarşısında öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyə çalışıb.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası indiyə kimi 1500-dən artıq layihəni dəstəkləyib, layihələr çərçivəsində 2000-ə yaxın təlim keçirilib, 21 film, 67 elektron resurs yaradılıb, 152 kitab nəşr edilib. Quliyev ötən 5 ili Şuranın fəaliyyətini beynəlxalq standartlara uyğun qurulması, QHT-lərə dövlət dəstəyinin həyata keçirilməsi baxımdan uğurlu saydığını bildirib.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov dövlətin vətəndaş cəmiyyəti institutlarına qayğısı və diqqəti haqqında danışıb. Onun sözlərinə görə, Şura QHT-lərlə vətəndaş cəmiyyəti institutları arasında mühüm bir əməkdaşlıq körpüsünə çevrilib. Ə. Həsənov QHT-hökumət tərəfdaşlığı və dialoqunun daim davam etdirilməsini vacib sayıb. O, QHT-ləri narahat edən məsələləri həmişə hökumətin diqqət mərkəzində olduğunu qeyd edib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bu illər ərzində Azərbaycan QHT-ləri ilə Avropa Birliyinin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirildiyini və Şərq Tərəfdaşlığı proqramı çərçivəsində QHT-lər arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Milli QHT Forumunun Prezidenti Rauf Zeyni 5 il ərzində Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə əməkdaşlığının yüksək səviyyədə təşkil olunduğunu, Şuranın QHT-lərdən gələn dəyərli təşəbbüsləri dəstəklədiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR