Bakı-APA. Suriya ordusu Homs şəhəri ətrafında xüsusi əməliyyat həyata keçirib.
APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi məlumata görə, nəticədə “Əl Qaidə”nin Suriyadakı qolu sayılan “Cəbhət ən Nüsrə” qruplaşmasının 110 silahlı məhv edilib.
Onlardan 3-ün səhra komandirləri olduğu bildirilir. Hərbçilərin məlumatına əsasən, şəhərə yaxın bir neçə yaşayış məntəqəsində 5 minədək terrorçu gizlənir.
Qeyd edək ki, Homs bir ilə yaxındır ki Suriya ordusunun nəzarəti altındadır.