Bank Of Baku

Yunker: "Kimyəvi silahdan istifadə birinci olmasa da, sonuncu olmalıdır"

Yunker: "Kimyəvi silahdan istifadə birinci olmasa da, sonuncu olmalıdır"
# 14 aprel 2018 10:39 (UTC +04:00)

"Kimyəvi silahların istifadəsi heç bir halda qəbuledilən deyil və ən ağır şəkildə qınanmalıdır".

 

APA-nın xəbərinə görə, bu barədə Avropa Komissiyasının sədri Jan Klod Yunkerin bəyanatında deyilir.

 

Bəyanatında ötən gecə ABŞ, Fransa və İngiltərə  tərəfindən Suriyada  hərbi əməliyyat həyata keçirildiyini xatırladan Yunker bildirib ki,  beynəlxalq ictimaiyyət kimyəvi silahlardan istifadəyə görə məsul olan şəxsləri aşkarlamaq və onların cavab verməsinə çalışmaqi üçün məsuliyyət daşıyır: "Bu, birinci dəfə deyildi ki, Suriya rejimi vətəndaşlara qarşı kimyəvi silahdan istifadə edir, ancaq  sonuncu olmalıdır".

 

Suriya münaqişəsinin 8 ildir davam etdiyini vurğulayan Yunker Suriyanın hər kəs tərəfindən hörmət edilən daimi atəşkəsə ehtiyac duyduğunu söyləyib: "Yaşadıqları iztirablara dözən suriyalılar buna layiqdir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR