Rusiyaya Gürcüstanın hava məkanı üzərindən Suriyaya uçuşlar etməyə icazə verilməyib

Rusiyaya Gürcüstanın hava məkanı üzərindən Suriyaya uçuşlar etməyə icazə verilməyib
# 16 sentyabr 2015 12:03 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanın Müdafiə Nazirliyi Rusiyaya ölkənin hava məkanı üzərindən Suriya istiqamətinə uçuşlara icazə verməyib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

"2008-ci il avqust müharibəsindən sonra Rusiya Gürcüstanın hava məkanı üzərindən hərbi və ya ikili təyinatlı malları daşımaq üçün Gürcüstana müraciət etməlidir. Hərbi təyyarə və ya Rusiyanın hərbi, yaxud ikili təyinatlı mallarının ölkəmizin hava məkanı üzərindən daşınması ilə əlaqədar müraciət daxil olarsa, Gürcüstanın Müdafiə Nazirliyinin mövqeyi mənfi olacaq", - deyə bəyanatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR