"Embafinans"ın aktivlərini kəskin artırıb

"Embafinans"ın aktivlərini kəskin artırıb
# 06 iyul 2015 12:42 (UTC +04:00)

Bakı - APA-Economics. "Embafinans" bank olmayan kredit təşkilatı (BOKT) 2014-cü ildə aktivlərini 50,1% artıraraq 34 mln. 393,242 min manata çatdırıb.

"APA-Economics" xəbər verir ki, bu barədə şirkətin saytında yerləşdirilən hesabatda qeyd edilib.

Hesabata əsasən, aktivlərdə müştərilərə verilmiş kreditlərin payı 27 mln. 62,243 min manat təşkil edir. Yeri gəlmişkən, müştərilərə verilən kreditlərin həcmi 2014-cü il ərzində 66,3% artıb.

Aktivlərin tərkibində daha bir iri rəqəm əmlak, avadanlıq və qeyri-maddi aktivlərdir ki, onların həcmi 6 mln. 53,846 min manatdır.

Hesabat dövründə şirkətin öhdəlikləri 22 mln. 660,017 min manatdır. 2013-cü illə müqayisədə bu göstərici 83,1% artıb.

Öhdəliklərin tərkibinə gəlincə, burada banklardan alınmış kreditlərin payı 11,8 mln. manat, "Embawood" MMC-yə ödənilməli vəsaitlərin payı 7 mln. 966,984 min manat, səhmdarlara ödənilməli olan vəsaitlər 100 min manat, digər öhdəliklər 2 mln. 801,866 min manat təşkil edir.

Ötən ilin sonuna BOKT-un nizamnamə kapitalı dəyişməyərək 10 mln. manat olub. Şirkətin cəmi kapitalının həcmi 11 mln. 733,225 min manat olub ki, bu da il ərzində 11,4% artım deməkdir.

Şirkət ötən ili 1 mln. 230,487 min manatlıq məcmu gəlirlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR