Bank Of Baku

Bakıda Avropa Günü qeyd olunub

Bakıda Avropa Günü qeyd olunub
# 07 may 2018 18:34 (UTC +04:00)

Bakıda Avropa Günü qeyd olunub.

 

APA-nın xəbərinə görə, tədbirin açılış mərasimində  Azərbaycanın dövlət himni və Avropa İttifaqının  himni səsləndirilib.

 

Daha sonra çıxış edən Avropa İttifaqının (Aİ) Azərbaycan  nümayəndəliyinin səfiri Kestutis Yankauskas bildirib ki, Aİ və Azərbaycan arasındakı münasibətlər  dinamikdir və inkişaf etməkdədir.

 

2018-ci ildə AXC-nin 100 illiyinin qeyd ediləcəyini xatırladan  K.Yankauskas bu il həm  də Aİ-nin Azərbaycandakı  nümayəndəliyinin 10 illiyinin və İnsan hüquqları üzrə Universal bəyannamənin 71 illiyinin qeyd olunduğunu  da deyib. Səfir əlavə edib ki, bu tədbir Azərbaycan və Avropalılar arasında  mədəni müxtəliflik və anlaşmanı təmsil edir.

 

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquluyev, öz növbəsində,  əvvəlcə  Avropa günü münasibətilə öz təbriklərini  çatdırıb və Avropaya rifah həyat arzulayıb.  Azərbaycan  və Avropa arasında tərəfdaşlığın  əsas aspektlərindən  birinin insanlar arasında  münasibət və  mobillik olduğunu deyən M.Məmmədquliyev bildirib ki, bu və keçirilən  digər tədbirlər əlaqələrin inkişafına  töhfəsini  verir.

 

"Biz Aİ ilə viza rejiminin ləğvi ilə  bağlı  danışıqlara  tez başlamaq istərdik.  Onu deyim ki, Aİ və Azərbaycan  arasında əməkdaşlıq tək mədəni deyil, siyasi  və digər  sahələri də əhatə edir", - deyə XİN rəsmisi əlavə edib.

 

Tədbir konsert proqramı ilə davam etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR