Türkiyə Böyük Millət Məclisi “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nu təsdiqləyəcək.
Bunu APA-ya açıqlamasında TBMM sədri Numan Kurtulmuş bildirib.
Numan Kurtulmuş deyib ki, imzalanan beynəlxalq sənədlər planlaşdırılan qrafikə uyğun olaraq müzakirəyə çıxarılaraq ratifikasiya edilir: “İmzalanan beynəlxalq sənədlər mütləq TBMM-də qəbul edilir və qüvvəyə minir”.
Qeyd edək ki, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu” 2025-ci il iyulun 22-də İstanbul şəhərində imzalanıb, 2025-ci ilin dekabrında Milli Məclis tərəfindən ratifikasiya edilib.