Bakıda avtomobil iki nəfəri vuraraq öldürüb

Bakıda avtomobil iki nəfəri vuraraq öldürüb
# 19 noyabr 2015 09:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, noyabrın 18-də saat 22 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Namiq Nəcəfov idarə etdiyi «Toyota Land Gruiser» markalı avtomobillə 1969-cu il təvəllüdlü Nurəli Nuriyevi və 1978-ci il təvəllüdlü Teyfur Əsgərovu vurub.

Hər iki piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR