"Azərbaycan Beynəlxalq Bankı" nizamnamə kapitalını 100 mln. manat artırır

"Azərbaycan Beynəlxalq Bankı" nizamnamə kapitalını 100 mln. manat artırır
# 11 mart 2015 13:50 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adi adlı sənədli səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Komitədən "APA-Economics"ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 0,27 manat, sayı 370 mln. 370,371 min ədəd, emissiyanın ümumi həcmi isə 100 000 000,17 manat təşkil edir.

Hal-hazırda bankın nizamnamə kapitalı 590 mln. 192,32 min manat təşkil edir.

Yerləşdirmə başa çatdıqdan sonra, bankın nizamnamə kapitalı 16,95% artaraq 690 000 192,59 manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR