Nazir: “İDEX-2015 sərgisi Azərbaycan üçün faydalı oldu” - FOTOSESSİYA

Nazir: “İDEX-2015 sərgisi Azərbaycan üçün faydalı oldu” - <span style="color: red;">FOTOSESSİYA
# 26 fevral 2015 13:00 (UTC +04:00)

Abu Dabi. Rəşad Süleymanov - APA. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində keçirilən İDEX-2015 beynəlxalq müdafiə sərgisi başa çatıb.

APA-nın məlumatına görə, dünyanın müxtəlif ölkələrindən şirkətlərin qatıldığı sərgidə Azərbaycanı Müdafiə Sənayesi Nazirliyi (MSN) də stendlə təmsil olunub.

MSN-in stendində Azərbaycan müəssisələrində istehsal olunmuş 180-dən artıq məhsul, o cümlədən atıcı silahlar, artilleriya sistemləri, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və s. təqdim edilib.

Sərgidə Azərbaycan istehsalı olan atıcı silahlar və döyüş sursatları xarici ölkələrin hərbçiləri tərəfindən maraqla qarşılanıb.

Azərbaycanı müdafiə sənayesi naziri Yavər Camalov APA-ya aşıqlamasında deyib ki, sərgi MSN üçün əhəmiyyətli olub. Sərgi çərçivəsində bir sıra xarici şirkətlərlə birgə müəssisənin yaradılması, təcrübə mübadiləsi, birgə istehsal və ixracat barədə razılıqlar əldə olunub.

“Sərgi çərçivəsində bir neçə ölkədən məhsul ixracı barədə təkliflər də aldıq”, - deyə nazir əlavə edib.

Nazir ərəb regionu bazarına çıxış üçün imkanların, eləcə də bu ölkələrdən maraqların olduğun qeyd edib.

Qeyd edək ki, Azərbaycan MSN İDEX sərgisinə ikinci dəfədir qatılır. Bundan əvvəl - 2011-ci ildə MSN İDEX sərgisində stendlə təmsil olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR