AMİP parlament seçkilərinə təkbaşına qatılacaq

AMİP parlament seçkilərinə təkbaşına qatılacaq
# 05 mart 2015 10:26 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “AMİP parlament seçkilərində iştirak edən siyasi partiyalarla əməkdaşlıq memorandumu imzalayacaq”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə deyib.

Y. Bağırzadə bildirib ki, partiya bu il keçiriləcək parlament seçkilərində iştirak etmək haqqında qərar verib: “Bu haqda partiyanın Mərkəz Şurasında toplantı keçiriləcək. Seçkilərdə iştirak formasına gəldikdə isə, böyük ehtimalla, tək qatılacağıq. AMİP ötən seçkilərdə olduğu kimi, bu il keçiriləcək parlament seçkilərinə də ciddi şəkildə hazırlaşır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR