Qubad İbadoğlunun Müsavatdan çıxarılan tərəfdarı partiyaya bərpa edilib

Qubad İbadoğlunun Müsavatdan çıxarılan tərəfdarı partiyaya bərpa edilib
# 22 dekabr 2014 11:47 (UTC +04:00)

Partiyanın Təşkilat Şöbəsinin müdiri, Divan üzvü Razim Əmiraslanlı APA-ya açıqlamasında deyib ki, M. Muradın Müsavata bərpası haqqında Qubadlı rayon təşkilatının Şurası qərar verib. R. Əmiraslanlı bildirib ki, M. Muradın bərpası partiyanın Nizamnaməsinə ziddir və bu məsələ araşdırılacaq: “Müsavat rəhbərliyi bununla bağlı mövqeyini açıqlayacaq”.

Qubadlı rayon təşkilatı öz qərarını qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar partiyada barışıq yaratmaq niyyəti ilə əsaslandırıb.

Xatırladaq ki, oktyabrın 22-də M. Muradın iştirakı olmadan onun partiyadan çıxarılması haqqında qərar qəbul olunub. O, başqanlığa sabiq namizəd Qubad İbadoğlunun fəal tərəfdarıdır və indiki başqan Arif Hacılıya qarşı sərt tənqidi mövqe tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR