“Azərsu” bu il ərzində 118 min ədəd smart-kart sayğacı quraşdırılıb

“Azərsu” bu il ərzində 118 min ədəd smart-kart sayğacı quraşdırılıb
# 03 oktyabr 2014 13:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərsu” ASC içməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması və su itkilərinin qarşısının alınması məqsədilə ön ödənişli (smart-kart tipli) elektron su sayğaclarının quraşdırılması istiqamətində tədbirləri davam etdirir.

Cəmiyyətdən “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında 118 min ədəd ön ödənişli smart-kart sayğacı quraşdırılıb ki, bunun da 45 min ədədi regionların payına düşür. Ötən müddətdə 111 min ədədi əhali, 7 min ədədi isə qeyri-əhali qrupu abunəçiləri smart-kart sayğacları ilə təmin edilib. Bununla da smart-kart sayğacların tətbiqinə başlanıldığı 2012-ci ildən indiyədək quraşdırılmış sayğacların sayı 330 minə çatıb.

Smart-kart sayğacların quraşdırılması əhali və qeyri əhali qrup abunəçi üçün paralel aparılır. İndiyə qədər quraşdırılmış sayğacların 299 min ədədi əhali, 31 min ədədi isə qeyri əhali qrupu abunəçilərinin payına düşür. Təhlillər göstərir ki, smart-kart tipli sayğaclar quraşdırıldıqdan sonra abunəçilərin su itkiləri azalaraq satış həcmi artmış, eyni zamanda həmin abunəçilər üzrə ödəniş 100% təmin olunub.

Hazırda Bakı şəhəri və ətraf qəsəbələrdə eləcə də bölgələrdə smart-kart sayğacların quraşdırılması intensiv şəkildə aparılır. Smart-kart sayğacları ilə yanaşı, “Azərsu” ASC tərəfindən magistral xətlər üzərində 18 ədəd elektromaqnit zond tipli ABB, rayon sukanal idarələrinin xidmət göstərdiyi ərazilərin hüdudlarında 53 ədəd elektromaqnit fləns tipli KROHNE su sayğacları quraşdırılaraq istismara verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR