Pakistanda tanınmış hüquq müdafiəçisi güllələnib

Pakistanda tanınmış hüquq müdafiəçisi güllələnib
# 25 aprel 2015 10:32 (UTC +04:00)

Bakı. Ülkər Bəkirli - APA. Pakistanda tanınmış hüquq müdafiəçisi Sabin Mahmud güllələnərək qətlə yetirilib.


APA-nın “Al Jazeera”yə istinadən verdiyi xəbərə görə, hüquq müdafiəçisinin meyiti ölkənin cənubundakı Karaçi şəhərində tapılıb. S. Mahmudun itkin düşmüş Bəlucistan sakinləri üçün təşkil etdiyi tədbirdən sonra öldürüldüyü ehtimal olunur. O, çiyin, döş və qarın boşluğundan aldığı güllə yaralarından həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR