Şirvanda 6 mağazadan oğurluq etməkdə təqsirləndirilən qardaşlar tutulub - VİDEO

Şirvanda 6 mağazadan oğurluq etməkdə təqsirləndirilən qardaşlar tutulub - <span style="color: red;">VİDEO
# 14 aprel 2015 12:23 (UTC +04:00)

Şirvan Şəhər Polis Şöbəsinin müstəntiqi, polis leytenantı Vüqar Abbasovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, Sabirabad rayonu Nəsimi kənd sakinləri 1993-cü il təvəllüdlü Sadıqlı Məhəmməd Aydın oğlu və onun əvvəllər dəfələrlə məhkum olunmuş qardaşı, 1989-cu il təvəllüdlü Sadıqov Ruşan Aydın oğlu tutulub. Onlar qabaqcadan əlbir olaraq, Şirvan şəhərində 6 mağazadan oğurluq edərək vətəndaşlara xeyli miqdarda maddi ziyan vurmaqda təqsirləndirilirlər.


Müəyyən olunub ki, qardaşlar bu ilin yanvar ayından indiyədək Şirvan şəhərində yerləşən mağazalardan ümumi dəyəri 10 min manata qədər olan müxtəlif növ ərzaq məhsulları, elektron avadanlıqları və nəğd pul oğurlayaraq sahibkarlara külli miqdarda maddi ziyan vurublar.


Onlar barəsində cinayət işi başlanıb, Şirvan şəhər məhkəməsinin qərarı ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR