Türkiyənin Azərbaycandakı səfiri Bilik Fondunda olub

Türkiyənin Azərbaycandakı səfiri Bilik Fondunda olub
# 06 noyabr 2015 07:17 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun Bilik Fondunda olub.

Fonddan APA-ya bildirilib ki, qurumun rəhbəri Oktay Səmədov səfirə həyata keçirilən layihələr haqqında məlumat verib. O.Səmədov “Dünya elmi Azərbaycanda”, “Azərbaycan elmi dünyada” layihələri çərçivəsində alimlərin qarşılıqlı mühazirələrinin təşkilinə, Türkiyə gənc yazarlarının əsərlərinin Azərbaycan oxucusuna çatdırılmasına dair təklifləri irəli sürüb.

Səfir İsmail Alper Coşkun xalqlarımızın qədim qardaşlıq əlaqələrini və bu əlaqələrin tarixi köklərini xatırladıb. Gənc nəsli bu həqiqətlər barədə davamlı məlumatlandırmağın vacibliyini vurğulayıb.

Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsinə xüsusi maraq göstərən səfir Türkiyə məktəblilərinin azərbaycanlı şagirdlərlə "qardaşlaşma sazişi" imzalamasının gənc nəslin inkişafına, bilik mübadiləsinə və dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR