Ukrayna əhalisi bir ildə 150 min nəfər azalıb

Ukrayna əhalisi bir ildə 150 min nəfər azalıb
# 19 may 2015 00:13 (UTC +04:00)

Bakı-APA. Son bir ildə Ukrayna əhalisinin sayı 149,5 min nəfər azalıb.

APA-nın məlumatına görə, bu rəqəmi Ukraynanın “24TV” telekanalı Dövlət statistika xidmətinə istinadən açıqlayıb.

Qeyd olunur ki, 2015-ci ilin mart ayında ölkə əhalisinin sayı 22 min nəfər azalaraq aprelin 1-i üçün 42 milyon 873 min 583 nəfər təşkil edib.

Hazırda ölkənin daimi əhalisinin sayı təqribən 42 milyon 704 min nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR