Moskvada Xəzərin hüquqi statusuna dair xüsusi işçi qrupunun iclası keçirilib

Moskvada Xəzərin hüquqi statusuna dair xüsusi işçi qrupunun iclası keçirilib
# 28 avqust 2014 19:47 (UTC +04:00)

Bu barədə APA-nın Moskva müxbirinə Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

İclasda Azərbaycan və İran xarici işlər nazirlərinin müavinləri Xələf Xələfovla İbrahim Rəhimpur, Qazaxıstanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyyə Amanjolova, Rusiya prezidentinin dövlət sərhədlərinin delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir İqor Bratçikov və Türkmənistan prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət Müəssisəsinin sədri Murad Atacanov iştirak ediblər.

İqor Bratçikovun sədrliyi ilə keçirilən iclas zamanı IV Xəzər Sammitinin yekun sənədlərinin hazırlığına xüsusi diqqət yetirilib. Həmçinin yüksək səviyyəli görüşdə imzalanması nəzərdə tutulan Xəzər dənizində sərhədyanı ölkələrin əməkdaşlığının hüquqi bazasının möhkəmlənməsinə yönəlmiş beştərəfli hökumətlərarası sazişlərin mətnlərinin hazır olduğu qeyd olunub.

Nümayəndə heyətləri xüsusi işçi qrupunun 38-ci iclasının yekunlarını yüksək qiymətləndirərək, onun yüksək səviyyədə təşkil olunması üçün Rusiya Federasiyasına təşəkkürlərini bildiriblər.

Xüsusi işçi qrupunun növbəti iclası Bakıda keçiriləcək və bu tarix diplomatik kanallarla razılaşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR