Bakıda 55 yaşlı kişi intihar edib

Bakıda 55 yaşlı kişi intihar edib
# 13 aprel 2015 08:04 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda intihar hadisəsi baş verib.

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1960-cı il təvəllüdlü Fidayət Sərdarov yaşadığı evin çardağında özünü asıb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR