Azərbaycanda rəsmi işsizlərin sayı azalıb

Azərbaycanda rəsmi işsizlərin sayı azalıb
# 29 aprel 2013 09:16 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il aprelin 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 701,3 min nəfər olub, onlardan 4 458,9 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, aprelin 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 37,6 min nəfər olub, onların 41,9%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 249,8 manat olub.

Qeyd edək ki, son bir il ərzində Azərbaycanda rəsmi işsizlərin sayı 3,3% və ya 1,3 min nəfər azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR