Oman sultanı Azərbaycan prezidentini təbrik edib

Oman sultanı Azərbaycan prezidentini təbrik edib
# 27 may 2015 14:12 (UTC +04:00)

Bakı – APA. Oman sultanı Qabus bin Səid Azərbaycan prezidenti İlham Əliyevi 28 May – Respublika Günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, Oman sultanının məktubunda deyilir:

“Zati-aliləri, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuruq.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə xoşbəxtlik və cansağlığı, dost Azərbaycan xalqına isə davamlı inkişaf və tərəqqi arzulayırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR