Azərbaycan prezidenti Qazaxıstan səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Azərbaycan prezidenti Qazaxıstan səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
# 01 aprel 2015 12:55 (UTC +04:00)

APA-nın məlumatına görə, səfir A. Jumabayev bildirib ki, Azərbaycan prezidentinin həyata keçirdiyi müdrik daxili və xarici siyasət onda böyük təəssürat yaradıb.

O, səfir kimi fəaliyyəti müddətində əməksevər və qonaqpərvər Azərbaycan xalqının ona daim səmimi münasibət bəslədiyini vurğulayaraq ölkəmizdəki diplomatik fəaliyyəti dövründə səfirliyin işinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.


Dövlət başçısı isə Azərbaycanla Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini məmnunluqla qeyd edib. Prezident İ. Əliyev A. Jumabayevin ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, inteqrasiya proseslərində və digər sahələrdə daha da genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR