UEFA "Qəbələ"nin kapitanı Cavid Hüseynovla bağlı qərarını açıqlayıb - VİDEO

UEFA "Qəbələ"nin kapitanı Cavid Hüseynovla bağlı qərarını açıqlayıb - <span style="color: red;">VİDEO
# 05 avqust 2015 23:25 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu Larnaka şəhərindəki “Antonis Papadopulos” stadionunda baş tutan görüşdə yaşananları müzakirə edərək, müvafiq addımı atıb.

Matçdakı bərabərlik qolunu vurarkən sevincini nümayiş etdirən Cavid Hüseynovun jestindən narazı qalan “Apollon”un şikayətini, həmçinin “Qəbələ”nin kapitanı ilə bağlı göndərdiyi müdafiə məktubunu dəyərləndirən UEFA kiprlilərin iddiaların əsassız hesab edib.

Qurum baş verənlərin bütün təfərrüatlarını nəzərdən keçirdikdən sonra Hüseynovun cəzalandırılmamasına qərar verib.

Qeyd edək ki, “Qəbələ” və “Apollon” arasında cavab oyunu avqustun 6-da Bakıda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR