Gəncə bazarında bıçaqlaşma olub - VİDEO

Gəncə bazarında bıçaqlaşma olub - <span style="color: red;">VİDEO
# 17 aprel 2015 06:33 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə aprelin 16-da Gəncədə “Kolxoz bazarı” kimi tanınan “Gəncə Bazar” ASC-də baş verib.

Bazarda satıcı işləyən, 1994-cü il təvəllüdlü Təbriz Yaşar oğlu Tağıyev bıçaqlanıb.

O, Fərid adlı şəxslə dalaşdıqlarını, onun tərəfindən bıçaqlandığını bildirib.

Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib, vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR