Rublun avroya qarşı məzənnəsi fevral ayının minimumunu yeniləyib

Rublun avroya qarşı məzənnəsi fevral ayının minimumunu yeniləyib
# 18 avqust 2015 13:19 (UTC +04:00)

Bakı. APA-Economics. Brent markalı neftin sürətlə ucuzlaşması fonunda Rusiya Federasiyasının milli valyutası olan rubl dəyərini itirir.

APA-Economics "İnterfax"a istinadən xəbər verir ki, Moskva birjasında keçirilən əməliyyatların gedişində 1 ABŞ dolları 0,13 rubl bahalaşaraq 65,64 rubla bərabər olub. Avrozonanın vahid valyutası olan avro isə 0,03 rublluq artım nümayiş etdirərək 72,61 rubla çatıb.

Beləliklə, rublun avro qarşı olan məzənnəsi fevral ayının minimumunu yeniləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR